...

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə edildi, yekun protokol imzalandı (FOTO)

Siyasət Materials 4 Mart 2024 18:56 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə edildi, yekun protokol imzalandı (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti