İqtisadi Əməkdaşlıq təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirləri şurasının (XİNŞ) iclasının gündəliyinin hazırlanması təşkilatın daimi nümayəndələrinin Tehranda keçirilmiş görüşündə diqqət mərkəzində olub.
Bu barədə Trend agentliyinə Azərbaycanın İrandakı səfiri, AR-in İƏT yanında daimi nümayəndəsi Abbasəli Həsənov məlumat verib.
Onun sözlərinə görə, iyunun 12-də Tehranda görüş keçirilib və avqustun 20-də Astanada keçirilməsi nəzərdə tutulan İƏT ölkələrinin XİNŞ iclasına hazırlıq onun əsas müzakirə mövzusu olub.
A. Həsənov bildirib ki, qarşıdakı iclasın gündəliyinə təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair təxminən 15 məsələ daxil edilib.
Səfir həmçinin onu da qeyd edib ki, Astanada keçiriləcək görüşdə
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da iştirakı gözlənilir.