...

REGİONDA YENİ LAYİHƏNİN İCRASINA BAŞLANIB

Siyasət Materials 27 İyul 2005 18:07 (UTC +04:00)

Azərbaycanda Ekoloji standartların Monitorinqi Fondu Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun maliyyə dəstəyilə Şərq-Qərb proqramı çərçivəsində "Azərbaycanın biotəhlükəsizliyi haqqında qanun layihəsinin müzakirəyə təqdim olunmasında ictimayyətin geniş miqyasda cəlb edilməsi layihəsini" Gəncə daxil olmaqla 5 bölgədə həyata keçirməyə başlayıb.

Layihənin rəhbəri İradə Yaqubova Trend in nümayəndəsinə bildirib ki, layihənin əsas məqsədi Azərbaycan ictimayyətinin marifləndirilməsi, ətraf mühütün mühafizəsi, biomüxtəlifliyin qorunması və bu sahədə qanunların işlənərək qüvvəyə minməsinə nail olmaq və müvafiq iş mexanizmin yaradılmasını təmin etməkdir."

Qeyd edək ki, bu məsələilə bağlı avqustun 12-13 tarixlərində Bakıda regional seminar keçiriləcək. Seminarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan və Bolqarıstanın biomüxtəlifliyinin qorunması istiqamətində fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti