...

LATVİYA VƏ AZƏRBAYCAN ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQ

Siyasət Materials 13 Avqust 2005 14:09 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri general-leytenant Səfər Əbiyev avqustun 15-də Latviyaya birgünlük rəsmi səfərə gedəcək. Bu barədə Trend ə məlumatlı mənbələrdən xəbər verilib.

Səfər proqramında Latviyanın müdafiə naziri Eynar Repşe (Einars Repse), Milli silahlı qüvvələr komandanı, vitse-admiral Qaydis Andreys Zeybots (Gaidis Andrejs Zeibots), xarici işlər naziri Artis Pabriks (Artis Pabriks), seym sədri İnqrida Udre (Ingrida Udre) və Latviyanıın digər rəsmi dövlət nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanla Latviya arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri ilə yanaşı Avroatlantik tərəfldaşlıq, NATO-nun Qafqazda tərəfdaş ölkələrlə əlaqəsi, Latviyanın Cənubi Qafqaz regionu ölkələrinə yardım göstərməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Hər iki ölkə arasında danışıqların yekunları üzrə hərbi sahədə əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti