...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI PREZİDENTƏ MÜRACİƏT EDİB

Siyasət Materials 30 Avqust 2005 17:19 (UTC +04:00)

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Nizami rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən seçkilərə edilən müdaxilə ilə bağlı ölkə prezidenti İlham Əliyevə məktubla müraciət edib. Bu barədə Trend agentliyinə ALDP-nin mətbuat xidmətindən məlumat daxil olub.

Müraciətdə qeyd edilib ki, seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı prezidentin verdiyi 11 may 2005-ci il tarixli sərəncam A.Fərzəliyev tərəfindən kobudluqla pozulur: "İcra başçısı Nizami rayonunun administrativ strukturlardan ibarət böyük bir dəstə yaradıb yeznəsi Ağəli Əhmədovun millət vəkili seçilməsi üçün qeyri-qanuni işlər aparır"

ALDP bu faktla 25 saylı Nizami ikinci seçki dairəsində qeydə alınmış bütün namizədlərin konstitusiya və seçki qanunu ilə verilən hüquqlarının pozulduğu qənaətindədir: "Nizami rayon icra başçısı Abdin Fərzəliyev yeznəsi Ağəli Əhmədovun namizədliyi qeydə alınan vaxt 122 saylı Xankəndi seçki dairəsinin sədri Zahid Əlişov kimi özündə iradə tapıb istefaya getməliydi"

Ölkənin liberal demokratları prezidentə ünvanladıqları müraciətdə Nizami rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz hərəktələri ilə bağlı ölçü götürülməyin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti