...

AZƏRBAYCANLA AVROPA İTTİFAQFI ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏRİN DAVAM ETDİRİLMƏSİNDƏ RƏSMİ FORMADA HEÇ BİR MƏHDUDİYYƏT YOXDUR

Siyasət Materials 4 Oktyabr 2005 13:18 (UTC +04:00)

Heç kim Avropa İttifaqı və Azərbaycan arasında "Yeni qonşuluq siyasəti" planı üzrə işlərin davam etdirilməsinə rəsmi formada hər-hansı bir məhdudiyyət qoymayıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kipr Respublikasının tələbi ilə Aİ və Cənubi Qafqaz ölkələri arasında "Yeni qonşuluq siyasəti" üzrə məsləhətləşmələrin dayandırılmasına dair bəzi məlumatları şərh edərkən bildirib.

"Biz bu barədə nə isə eşitsək də, rəsmi qaydada öz planlarımızı yerinə yetiririk. Bizdə olan məlumatlara görə, Aİ ekspertləri texniki səbəblər üzündən nə Bakıya , nə də regiona gəlməyiblər. İndi biz Aİ-nin Yeni qonşuluq siyasəti məsələsi ilə məşğul olan ekspertlərin Brüsseldən Bakıya, İrəvana və Gürcüstana nə zaman gələcəklərini gözləyirik", - deyə nazir qeyd edib.

Bakının tanınmamış Şimali Kipr Türk Respublikası ilə əməkdaşlıq etdiyinə görə Azərbaycanla Kipr Respublikası arasında münasibətlərin pisləşməsinə dair bəyanatlara gəldikdə, E.Məmmədyarov bildirib: "Mən Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Kiprin XİN başçısı Georq Yakovla görüşmüşəm və biz bir çox məsələləri müzakirə etmişik. Lakin o, Aİ və Azərbaycan arasında əməkdaşlığa hər-hansı bir etiraz bildirməyib".

Xəbər lenti

Xəbər lenti