...

Sergey Lavrov Azərbaycanda keçirilən seçkilərin qanuniliyinə şübhə etmir

Siyasət Materials 8 Noyabr 2005 10:58 (UTC +04:00)

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Azərbaycanda keçirilən parlament seçkilərinin qanuniliyinə şübhə etməyə əsas yoxdur. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, o, əsas diqqəti Rusiyanın ATƏT çərçivəsində və MDB xətti ilə Azərbaycana çoxlu sayda müşahidəçi göndərməsinə yönəldib.

RF XİN-nin digər rəsmi nümayəndəsi Mixail Kamınin isə ATƏT müşahidəçiləri tərəfindən Azərbaycandakı seçkilər haqqında tələsik nəticələrə gəlinməsi qənaətindədir. O, müşahidəçiləri belə qiymətləndirmələrdən uzaq olmağa çağırıb. "Bu bəyanatlar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələrinin rəsmən açıqlanmasına qədər verilib. Beləliklə, anlaşılmaz və səmərəsiz tələsiklik göz qabağındadır", - deyə diplomat bəyan edib.

Xəbər lenti

Xəbər lenti