...

İsrailin Ali Məhkəməsinin prezidentinin müavini Bakıya gəlib

Siyasət Materials 9 Noyabr 2005 16:37 (UTC +04:00)

İsrailin Ali Məhkəməsinin (AM) prezidentinin müavini Mişael Çeşin noyabrın 10-13-də Bakıda olacaq. Bu barədə Trend ə İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

M.Çeşininin səfəri "Hüquqi dövlətin yaradılmasında Konstitusiyanın rolu" adlı Bakıda keçiriləcək beynəlxalq konfransla əlaqədardır. Konfrans ölkə Konstitusiyasının 10 illiyinə həsr edilib. M.Çeşin bu forumda çıxış etmək niyyətindədir.

İsrailin AM-nin prezidentinin müavini ilə hər hansı rəsmi gbrüşün keçiriləcəyi nəzərdə tutlmayıb.

Xəbər lenti

Xəbər lenti