...

123 seçki dairəsi üzrə bütün protokol məlumatları MSK-nın internet səhifəsində yerləşdirilib

Siyasət Materials 11 Noyabr 2005 15:09 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) qanunauyğun olaraq üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrini dərc edib və internet səhifəsində yerləşdirib. Bu barədə Trend ə MSK-nın "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib. Bütün məlumatlar www.infocenter.gov.az saytında yerləşdirilib.

MSK-nın qərarı ilə protokollarda yolverilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt ikinci dairələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Bundan əlavə, MSK 31 saylı Suraxanı ikinci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25, 28 saylı seçki məntəqələrinin və 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yolverilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsızlığına dair qərar çıxarıb.

Beləliklə, MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində 123 dairə üzrə bütün protokol məlumatları, o cümlədən, namizədlərin adları, onların topladıqladıqları səslərin sayı və faizi göstərilib.

Xəbər lenti

Xəbər lenti