...

Novruz Məmmədov:Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi və yeri hələ müəyyən edilməyib

Siyasət Materials 23 Noyabr 2005 19:19 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması prosesi çərçivəsində Azərbaycan-Ermənistan prezidentlərinin növbəti görüşünün yeri və tarixi hələlik müəyyən edilməyib. Bu barədə Trend ə Azərbaycan Prezidentinin İcra Aparatının xarici iləqalər şöbəsinin müdiri Novruz Məmmədov ekskluziv məlumat verib.

Qeyd edək ki, bu ərəfədə Ermənistan prezidenti Robert Köçəryan Lyublyanada bəyan edib ki, Qarabağ münaqişəsinin nihzamlanması perspektivlərinin müzakirə olunacağı prezidentlərin növbəti görüşü 2006-cı ilin yanvarında keçiriləcək. Onun sözlərinə görə, hazırki anda "Qarabağ nizamlanması üzrə danışıqlar prosesində müsbət irəliləyişlərin real imkanlarını" görmək mümkündür.

N.Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə prezidentlərin görüşünün 2006- cı ilin birinci ayında keçirilməsi ilə bağlı təkliflər olunub. "Bu təkliflərlə əlaqədar hələ koenkret heç nə yoxdur. Mən belə güman edirəm ki, bu təklifləri erməni tərəfi də alıb və çox güman ki, bu görüşlə bağlı müsbət cavab veriləcək. Və ona görə də Ermənistan prezidenti belə bir bəyanatla çıxış edib", -deyə N.Məmmədov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti