...

Nizami Bəhmənov: ATƏT-ə Azərbaycanın işğal edilmiş ərazilərində gizli həbsxanaların və narkotrafikin olması barədə məlumat verilib

Siyasət Materials 25 Yanvar 2006 19:56 (UTC +04:00)
Nizami Bəhmənov: ATƏT-ə Azərbaycanın işğal edilmiş ərazilərində gizli həbsxanaların və narkotrafikin olması barədə məlumat verilib

ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxta Azərbaycanın işğal edilmiş ərazilərində gizli həbsxanalar, eləcə də Dağlıq Qarabağda narkotrafikin inkişafı barədə məlumat verilib. Trend bildirir ki, yanvarın 25-də Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt ilə görüşünün yekunlarını şərh edərkən bu barədə bəyan edib.

"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində gizli həbsxanalar vardır və həmin həbsxanalarda Azərbaycan əsirlərinə işgəncələr verilir. Bu barədə də Karel de Quxt məlumatlandırılıb"-deyə N. Bəhmənov bildirib.

İcma rəhbəri həm də bildirib ki, keçirilən görüşdə onlar ATƏT rəhbərliyinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşma barədə faktlar toplanması üzrə ATƏT-in missiyasının məruzəsinə rəsmi reaksiya bildirilməsi məsələsini qaldırıb.

Dağlıq Qarabağın gələcək statusuna dair referendum keçirilməsi ilə bağlı təşəbbüsə toxunan Nizami Bəhmənov qeyd edib ki, hər bir səsvermədə Qarabağın hər iki icmasının nümayəndələri iştirak edəcək. "Şəxsən mən bilmirəm ki, referenduma məhz hansı məsələ çıxarılacaq. Azərbaycan prezidenti İlham Əliyev aydın bəyan edir ki, ölkənin ərazi bütövlüyü müzakirə mövzusu deyil, AR-in hazırkı konstitusiyası isə ölkənin hər hansı ayrıca bir ərazisində referendum keçirilməsini nəzərdə tutmur"-deyə Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri qeyd edib.

Sonda N. Bəhmənov bildirib ki, onda olan məlumata görə, Karel de Quxtun Azərbaycana birgünlük səfərində Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı hər hansı yeni təkliflər səsləndirilməyib.

Xəbər lenti

Xəbər lenti