...

Salyan rayon baytarlıq idarəsi çöl quşlarının miqrasiyasının başlaması ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Siyasət Materials 2 Mart 2006 17:50 (UTC +04:00)

Trend in bölgə müxbiri bildirir ki, Salyan rayonunun Babacanlı qəsəbəsində artıq üçüncü gündür ki, toyuqlar arasında kütləvi ölüm halları baş verir. Qəsəbəyə yerli icra nümayəndəsinin çağırışı ilə gələn Salyan baytarlıq idarəsinin baş həkimi Məhəmməd Həsənovun bildirdiyinə görə, tələf olmuş toyuqlar yandırılaraq torpağa basdırılır. Ev quşları arasında qırılan yalnız toyuqlardır, onlarla bir həyətdə olan qazlar arasında xəstəlik və ölüm halları müşahidə edilməyib.

Baş baytarın bildirdiyinə görə, toyuqlar nyu kasl xəstəliyinə tutulduğu halda baytar həkimləri ilə məsləhətləşmədən özbaşına olaraq bunlara bir qramlıq oksitetrasiklin iynəsi vurulması tələf olmaya səbəb olub. Hazırda toyuq damları dezinfeksiya edilərək tələf olmuş nümunələr hər ehtimala qarşı Bakıdakı laboratoriyaya göndəriləcək.

M.Həsənov onu da bildirib ki, havaların istiləşməsi çöl quşlarının miqrasiyasını surətləndirib. Azərbaycan isə miqrasiyanın əsas yollarından biri olduğundan və çöl quşlarının ən çox yaşadığı iki böyük yasaqlıq Salyanda yerləşdiyindən rayonda quş qripinin yayılma riski yüksək olaraq qalır və bununla bağlı olaraq idarəmiz gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda indiyədək Şirvan dövlət qoruğunda 8 seromonitorinq aparılıb və dənizkənarı ərazilərə hər gün baxış keçirilir. Müşahidələrimiz nəticəsində deyə bilərik ki, artıq Şirvan milli parkında yaşayan quşların 85-90%-i öz vətənlərinə qayıdaraq ərazini tərk edir. Amma Türkiyədən köç edən quşların əraziyə gəlişi başlayıb və bu əsasən axşamlar müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti