...

Milli Məclisin növbəti iclası keçirilib

Siyasət Materials 3 Mart 2006 14:39 (UTC +04:00)

Martın 3-də Milli Məclisin növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasın birinci yarasında iki qanun layihəsi müzakirəyə çıxarılıb.

"Azərbaycan Respublikasının insan hüquqları (ombudsman) haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" qanun layihəsi ilə bağlı çıxış edən millət vəkili Fazil Qəzənfəroğlu ombusmanın fəaliyyətindən narazılığını ifadə edib. YAP-ın millət vəkillərindən olan Əli Əhmədov və Səyavuş Novruzov isə ombusmanın fəaliyyətinə yüksək qiymət verərək, Azərbaycanın beynəlxalq təşkilatlarda tananmasında ombudsman institutunun xidmətini yüksək qiymətləndiriblər. Təklif olunub ki, Şəki, Gəncə, Quba və Cəlilabadda ombudsman institutunun regional mərkəzləri yaradılsın.

Hərbi çağırış və hərbi səfərbərliklə bağlı qanun layihəsi haqqında parlamentin birinci vitse-spikeri, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov məlumat verib. Millət vəkillərindən Qüdrət Həsənquliyev və İqbal Ağazadə bu sənədə bəzi dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıblar. Hər iki qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

Xəbər lenti

Xəbər lenti