...

ADP-nin Ali Məclisində Nəsimi rayon təşkilatının buraxılması və yenidən formalaşdırılmasına baxılacaq

Siyasət Materials 7 Mart 2006 16:25 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclasında ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili münasibətlər və təşkilati məsələlər müzakirə edilib. Bu barədə Trend ə ADP-dən məlumat verilib. İclasda müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

"Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynliyə qarşı fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar İdarə Heyəti üzvləri narahatçılıqlarını bildirib və bu hadisəni pisləyiblər. Hadisə ilə əlaqədar bəyanat qəbul olunması qərara alınıb. Təşkilati məsələlərlə əlaqədar partiyanın Nəsimi rayon təşkilatının fəaliyyəti müzakirə olunub. Bu təşkilatın bəzi rəhbər şəxslərinin, xüsusilə də rayon təşkilatı sədrinin partiya Nizamnaməsinə zidd fəaliyyət göstərdiyi, partiyanın qərar və tapşırıqlarını yerinə yetirməkdən ardıcıl imtina etdiyi vurğulanıb. Bütün bunlar əsas götürülərək, Nəsimi rayon təşkilatının rəhbər qurumlarının tam tərkibdə buraxılması və yenidən təşkil olunması məqsədilə Ali Məclis qarşısında məsələ qaldırılması qərara alınıb.

Ali Məcisin icasınadək olan dövrdə bu rayon təşkilatının fəaliyyətinin nizamnaməyə uyğun olaraq davam etdirilməsinə nəzarət etmək partiyanın Təşkilat Şöbəsinə həvalə olunub. Qeyd edək ki, Nəsimi rayon təşkilatı keçmiş ADP-çi, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevi dəstə

kləyir və ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun fəaliyyətinin, onun partiya daxilində tutduğu mövqeyin əleyhinə çıxıb.

Xəbər lenti

Xəbər lenti