...

Səməd Seyidov: Avropa Şurasının ekspertləri martın 15-dən başlayaraq Azərbaycana gələcək

Siyasət Materials 9 Mart 2006 13:09 (UTC +04:00)
Səməd Seyidov: Avropa Şurasının ekspertləri martın 15-dən başlayaraq Azərbaycana gələcək

Avropa Şurasnın ekspertləri martın 15-dən başlayaraq 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlığın səviyyəsi ilə tanış olmaqdan ötrü Azərbaycana gələcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Onu da bildirək ki, martın 8-də Parisdə Avropa Şurasının Monitorinq Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanın təkrar seçkilərə hazırlığı ilə bağlı məsələlər müzakirə olunub. S.Səmədov bildirib ki, toplantı normal keçib. Təkrar seçkilərə hazırlıqla bağlı qurumun həmməruzəçilərinin heç bir iradı səslənməyib. S.Seyidov toplantıda hər hansı bir qərarın qəbul edilmədiyini, yalnız fikir mübadiləsinin aparıldığını bildirib.

Nümayəndə heyətinin rəhbəri onu da qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıqla bağlı Azərbaycan Avropa Şurası ilə birgə işçi planı üzərində işləyir. S.Seyidov onu da qeyd edib ki, təkrar seçkilər öncəsi Avropa Şurasının ekspertləri Azərbaycana gələcək, dəyirmi masalar təşkil olunacaq: "Ekspertlərin Azərbaycana səfərləri martın 15-dən başlayaraq təkrar seçkilərədək davam edəcək".

Qeyd edək ki, Avropa Şurasnın Monitorinq Komitəsinin iclasında Azərbaycanı millət vəkillərindən Səməd Seyidov, Gültəkin Hacıyeva və Aydın Abbasov təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti