...

Azərbaycan prezidenti İsmayıl Şıxlı və Möhsün Sənaninin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 25 Mart 2006 10:46 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev martın 24-də xalq yazıçısı İsmayıl Şıxlının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bununla əlaqədar, Bakı şəhər İcra Hakimiyyətinə yazıçının yaşadığı binaya xatirə lövhəsinin vurulması, paytaxtın küçələrindən birinə və Qazax rayonunun Kosalar kənd orta məktəbinə onun adının verilməsi tapşırılır.

Prezidentin Azərbaycanın xalq artisti Möhsün Sənaninin xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığı digər sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə onun yaşadığı binaya xatirə lövhəsinin vurulması tapşırılır.

Xəbər lenti

Xəbər lenti