...

Aprelin ortalarında Avropa Birliyinin ekspertləri Bakıya gələcək

Siyasət Materials 28 Mart 2006 09:43 (UTC +04:00)

Aprelin ortalarında Avropa Birliyinin ekspertlərinin Bakıya gəlişi gözlənilir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Səfərdə məqsəd Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət planı üzrə Azərbaycanla məsləhətləşmələr aparmaqdır. Beləliklə, ekspertlər martın 7-də Brüsseldə keçirilən məsləhətləşmələrin son mərhələsində razılığa gəlinməmiş məsələləri müzakirə etmək niyyətindədirlər.

Məsələlər siyasi xarakter daşıyır. Lakin onlar cari ilin sonuna kimi razılaşdırıla bilərlər.

Qeyd edək ki, Fəaliyyət planı ilkin olaraq 5 il üçün nəzərdə tutulub və siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət sahəsində ikitərəfli əməkdaşlığı əhatə edir.

Ekspertlər səviyyəsində təsdiqlənməsindən sonra Plan AB-nə üzv olan 25 ölkə tərəfindən təsdiqlənməlidir. Sənədin sentyabrda Avropa Birliyi-Azərbaycan əməkdaşlıq Şurasının qarşıdakı iclasında qəbul edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti