...

Heydər Babayev: Azərbaycanda yeni neft-kimya kompleksinə investisiyalar $600 milyona yaxın təşkil edir

Siyasət Materials 5 May 2006 12:34 (UTC +04:00)
Heydər Babayev: Azərbaycanda yeni neft-kimya kompleksinə investisiyalar $600 milyona yaxın təşkil edir

Amerika şirkətləri Azərbaycanda iri neft-kimya kompleksi tikməklə bağlı istəklərini ifadə ediblər. Trend in verdiyi məlumata görə, bu barədə mayın 5-də jurnalistlərə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Şirkətlərin yeganə şərti Azərbaycan hökumətinin fasiləsiz xammal verilməsi ilə bağlı dövlət zəmanəti verməsindən ibarətdir.

"Kompleksin yaradılması üçün investisiyaların təxmini həcmi məlumdur. Lakin indi biz investorların elan etdiklərinə arxayın olmamaq üçün öz müstəqil ekspertizamızı həyata keçirmək niyyətindəyik. Onlar istədikləri qədər elan edə bilərlər. Biz hər halda bundan sonra ekspertiza aparacağıq. Biz ayrıca neft-kimya kompleksinin tikintisi üçün təqribən $500-600 mln-a yaxın investiya qoyulacağını ehtimal edirik", - deyə H.Babayev bildirib.

Hələlik Amerika tərəfi ilə şərtlər müzakirə olunmayıb və hər hansı vergi güzəştinin veriləcəyi barədə də danışılmayıb. "Onlar yalnız xammalın verilməsinə dövlətin zəmanət verməsinin zəruriliyindən danışırlar", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti