...

MDB müşahidə missiyasının rəhbəri MSK sədri ilə görüşüb

Siyasət Materials 10 May 2006 13:39 (UTC +04:00)

Mayın 10-da MDB müşahidə missiyasının rəhbəri Vladimir Qarkun və missiya qərargahının rəhbəri Yevgeni Slobada Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüblər. Bu barədə Trend ə Mərəkzi Seçki Komissiyasından (MSK) məlumat veriblər.

V.Qarkun 13 mayda keçiriləcək təkrar parlament seçkilərində müşahidəçilik üçün dəvətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi missiyanın qərargahında aprelin 24-dən fəaliyyət göstərdiyini və seçkiqabağı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. V.Qarkun yaxın günlərdə missiyanın digər müşahidəçilərinin də Bakıya gələcəklərini bildirib. Ümumilikdə MDB müşahidə missiyasının nümayəndələri 119 saylı Ağdam kənd seçki dairəsi istisna olmaqla təkrar seçkilərin keçirildiyi bütün dairələrdə müşahidə aparacaqlar. Mayın 14-də mətbuat konfransı keçirərək ilkin rəylərini açıqlayacaqlar. Mayın 10-da isə bəzi dairə seçki komissiyalarına baş çəkəcəklər.

MSK sədri bildirib ki, rəsmi Bakı əvvəlki seçkilərədə olduğu kimi, bu dəfə də müşahidəçilərin çox olmasında maraqlıdır. M.Pənahovun sözlərinə görə, hazırda MSK və dairə seçki komissiyalarında 6 mindən çox müşahidəçi qeydiyyatdan keçib. MSK sədri qeyd edib ki, müşahidəçilik institutunun seçki prosesində müstəsna rol oynayır. Sonra M.Pənahov qonaqların suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti