...

Ərşad Ömər İsmayıl: "Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq protokolu təsdiqlənmək üçün İraqın Nazirlər Kabinetinə göndərilib"

Siyasət Materials 10 May 2006 15:56 (UTC +04:00)

İraqla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq protokolu İraqın Ticarət Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib. Bu barədə Trend ə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl bildirib.

Səfir bildirib ki, İraq Azərbaycanla iqtisadi əməkdaşlığa maraqlıdır. Azərbaycanın gün-gündən inkişaf etdiyini və iqtisadiyyatının gücləndiyini deyən səfir ölkəsinin rəsmi Bakı ilə ticarət əlaqələri qurmaq istiqamətində addımlar atdığını bildirib. Onu da qeyd edib ki, İraqın Azərbaycanla iqtisadi sahədə imzalayacağı protokol artıq İraqın Nazirlər Kabinetindədir: "Nazirlər Kabinetinin Şura Məclisi tərəfindən protokol təsdiqləndikdən sonra Azərbaycana göndəriləcək".

Səfir bu sənədləşmənin yaxın günlərdə baş tutacağını bildirib. Onu da vurğulayıb ki, İraqda hökumət qurulduqdan sonra Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti