...

Qax müəllim və məktəblilərindən ibarət nümayəndə heyətini bu gün Tiflisdə gözləyirlər

Siyasət Materials 12 May 2006 13:00 (UTC +04:00)

Bu gün Azərbaycanın Qax rayonu Alibeyli kəndinin şagird və müəllimləri qohumları ilə görüşmək üçün Tiflisə gələcək. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə azərbaycanlı qonaqların baş çəkəcəyi Tiflis şəhər 62 saylı məktəbin müdiriyyətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Alibeyli kəndinin Şota Rustaveli adına məktəbinin 15 şagirdi və 5 müəllimi daxildir.

Gürcüstan məktəbindən bildirilir ki, səfərdə məqsəd gürcü və azərbaycanlı şagirdlər arasında əlaqələr qurmaqdan ibarətdir. Bundan başqa, müəllimlər Azərbaycan məktəbində gürcü dilinin, Gürcüstan məktəbində isə Azərbaycan dilinin tədrisi sahəsində təcrübə mübadiləsi aparacaq.

Axşam Alibeyli sakinləri üçün Gürcüstan və Azərbaycanın folklor qruplarının iştirakı ilə təntənəli gecə keçiriləcək. Sabah nümayəndə heyəti Tiflisin görməli yerlərinə baş çəkəcək və Azərbaycana qayıdacaq.

Gürcüstan Təhsil və Elm Nazirliyindən Trend ə verilən məlumata görə, hər iki ölkənin şagirdləri arasında əlaqələrin qurulmasına böyük diqqət ayrılır və belə tədbirlər daha da genişləndiriləcək. O da qeyd olunub ki, yaxın vaxtlarda gerçəkləşdiriləcək bir neçə Azərbaycan-Gürcüstan birgə layihələri də var.

Xəbər lenti

Xəbər lenti