...

Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcək

Siyasət Materials 18 May 2006 12:11 (UTC +04:00)

Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, parlamentin növbəti iclası mayın 16-a planlaşdırılmışdı. Müəyyən səbəblər üzündən iclas təxirə salınıb. Milli Məclisin növbəti iclasında "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında əsasnamə"nin təsdiq edilməsi, "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamə"nin təsdiq edilməsi və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası qanun (III oxunuş) və digər məsələlər müzakirə ediləcək.

Müzakirə olunacaq ilk iki məsələ Milli Məclisin regional məsələlər komissiyasında, "Onkoloji yardım haqqında" qanun isə sosial siyasət məsələləri daimi komissiyasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti