...

Azərbacyan İndoneziya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır

Siyasət Materials 25 May 2006 18:51 (UTC +04:00)

Azərbaycan dünyanın ən çoxsaylı müsəlman əhalisinə malik İndoneziya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bu barədə, Trend agentliyinin "AzərTac"a istinadən yaydığı məlumata əsasən, Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev "Cakarta Post" qəzetinə müsahibəsində bildirib.

Həmin istiqamətdə atılan ilk addım, İ.Hacıyevin sözlərinə görə, 2005-ci ilin dekabrında Azərbaycan səfirliyinin Cakartada açılışı olub.

"Bizim neft-qaz sahəsində böyük təcrübəmiz var və yüksək ixtisaslı ekspertlərə malikik. Əvəzində isə biz toxuculuq məhsulları almaq istərdik" - deyə diplomat qeyd edib.

Qeyd edək ki, müsahibə oxucular arasında aparılmış rəy sorğusundan başlanır. "Sizcə, 2006-cı ildə iqtisadi cəhətdən ən çox inkiaşf edən hansı ölkə olacaqdır?" sualına iqtisadi artım rəqəmlərəinə əsaslanaraq çoxları "Çin və ya Hindistan" deyə cavab verirdi, lakin bu rəqəmlərdən heç biri düz deyil, çünki həmin dövlət Azərbaycandır" -deyə məqalədə bildirilir. Azərbaycan 2006-cı ildə ümumi daxili məhsulun səviyyəsini 38,3 faizə qaldırmağı planlaşdırır. Neft və qaz da daxil olmaqla külli miqdarda təbii ehtiyatlarına baxmayaraq, İndoneziya Asiyada maliyyə böhranının baş verdiyi 1997-ci ildən başlayaraq öz iqtisadiyyatının yüksəliş səviyyəsini 6 faizə çatdırmağa çalışır. Ötən həftə Beynəlxalq Ialyuta Fondu bu il İndoneziyada iqtisadi artımın 5,2 faiz olacağını bəyan edib. Hansısa ölkə cəmi bir il ərzində iqtisadiyyatın belə yüksəlişinə nail ola bilərmi?" - deyə qəzet yazır.

Səfir qeyd edir ki, Azərbaycan həqiqətən dünyada iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkələrdən biridir. Hökumət və Beynəlxalq Ialyuta Fondu bu il ümumi daxili məhsulun artım səviyyəsinin 38,3 faiz olacağını proqnozlaşdırırlar.

Diplomat daha sonra iqtisadi artımın belə yüksək səviyyəsinin Azərbaycan üçün yenilik olmadığını vurğulayaraq əvvəlki iki ilin göstəricilərini misal çəkib və son üç il ərzində iqtisadiyyatın artım sürəti sayəsində ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun çoxaldığını sübut edib. O, sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi sayəsində həmin göstəricilərin, o cümlədən əhalinin real gəlirlərinin daha da yüksələcəyini diqqətə çatdırıb. Səfir ölkənin neft bölməsinə xarici şirkətlərin külli miqdarda sərmayə qoyduğunu xatırladaraq, Amerika və Avropa şirkətlərinin bu bölməyə 60 milyard dollar vəsait qoymağı vəd etdiklərini, nəticədə neft ixracının artacağını bildirib.

İbrahim Hacıyev XX əsrin 90-cı illərində Azərbaycanın məruz qaldığı böhrandan, vəziyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daha da kəskinləşdiyindən söz açaraq qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ölkə əhalisinin bir milyon nəfəri məcburi köçkün vəziyyətinə düşüb.

Material bu cümlə ilə bitir: "Bütün bunlar o deməkdir ki, Azərbaycanın inkişafda olan iqtisadiyyatı İndoneziya sahibkarları üçün yaxşı imkanlar aça bilər".

Xəbər lenti

Xəbər lenti