...

Azərbaycan prezidenti İsrailin milli infrastruktur nazirini qəbul edib

Siyasət Materials 6 İyun 2006 16:48 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Benyamin Ben-Eliezer İsrail prezidenti Moşe Katsavın və baş nazir Ehud Olmertin salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. Qonaq Bakıda keçirilən 13-cü beynəlxalq neft-qaz sərgisində iştirakdan məmnunluğunu bildirib. O, Azərbaycanda sürətli iqtisadi inkişafın İsraildə byük maraq doğurduğunu qeyd edib. Nazir Azərbaycan və İsrail arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

İlham Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycan xüsusilə energetika sahəsində böyük uğurlar əldə edib. Neft-qaz sərgisinin keçirilməsinin əhəmiyyətini qeyd edən dövlət başçısı bir çox ölkələrin nümayəndələrinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti