...

Eldar İbrahimov: "ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyik"

Siyasət Materials 6 İyun 2006 17:58 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) iyulun 3-7-də Brüsseldə keçiriləcək yay sessiyasında "ATƏT regionunda insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda Azərbaycanın nümayəndə heyəti çıxışlar hazırlayacaq. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, nümayəndə heyətimiz bu məsələ ilə bağlı daha geniş çıxış edəcək, Ermənistanın işğalçı siyasəti və Dağlıq Qarabağ problemini qabardacaq: "Qeyd edəcəyik ki, əgər ATƏT-in tərkibində olan dövlətlərin vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmiriksə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti hələ də davam edirsə və bu siyasət nəticəsində bir milyondan çox vətəndaşımız doğma yurdlarından didərgin düşübsə, hansı təhlükəsizlikdən söhbət gedə bilər?"

E.İbrahimov onu da qeyd edib ki, fürsətdən istifadə edib Dağlıq Qarabağ problemini də qurumun yay sessiyasında gündəmə gətirəcəklər.

E.İbrahimov onu da bildirib ki, ATƏT PA-nın yay sessiyasında Azərbaycanı qurumdakı nümayəndə heyətimizin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova, müavini Eldar İbrahimov, üzvləri Rəbiyyət Aslanova, Fəttah Heydərov, Fazil Qəzənfəroğlu və Azay Quliyev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti