...

Gəncədə qaz sayğaclarının quraşdırılması sürətləndirilib

Siyasət Materials 7 İyun 2006 19:41 (UTC +04:00)

Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Ramiz Mustafayevin sözlərinə görə, 2006-cı ilin sonunadək sayqacla təmin olunan abonentlərin sayı 30 minə çatdırılacaq ki, bu da təxminən 50 faiz təşkil edir. O, həmçinin Regionların İnkişafı Dövlət proqramına əsasən Gəncənin 2005-2008-ci illərdə tam sayğaclaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, bu işin 2007-ci ilə kimi yekunlaşacağına ümid etdiyini bildirdi. Hazırda Gəncədə təxminən 61min abonəçidən 19 mini sayğacla təmin olunub. Bu isə 30 faiz deməkdir. Gəncədə fəaliyyət göstərən müəssisə və obyektlər isə, demək olar ki, 100 faiz sayğaclaşdırılıb.

Gənjə şəhər Qaz İstismarı İdarəsindən aldığımız məlumata görə, respublika üzrə qaz pulunun ödənilməsində Gəncə şəhəri sonuncu yerdə qərarlaşıb. Belə ki, idarə rəisi bu problemin aradan qaldırılması üçün sayğaclaşdırma prosesini sürətləndirməyin zəruri olduğunu deyir. Qeyd edək ki, Bakıdan sonra qazla nisbətən yaxşı təmin olunan şəhər Gəncədir. Qış aylarında 35 milyon kub/m, yayda isə 17 milyon kub/m qaz sərf olunan şəhərdə ötən ay ödənişlər cəmi 21,1 faiz olub. Bu, aprel ayına nisbətən 5 faiz çoxdur.

"Yığımların aşağı olmasından şəhər rəhbərliyi də narahatdır. Yalnız sayğac quraşdırılan ərazilərdə yaşayan sakinlərdən sərf etdikləri qazın pulunu almaq mümkün olur. Digərləri isə ya ödənişdən boyun qaçırır, ya da çox az məbləğdə pul ödəyirlər" - deyən Ramiz Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti