...

GAMOH lideri iyunun 15-17 arasında Bakıya gəlməyi planlaşdırıb

Siyasət Materials 8 İyun 2006 18:21 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı iyunun 15-17 arasında Azərbaycana gəlməyi planlaşdırıb. Trend xəbər verir ki, bu barədə M.Çöhrəqanlı Türkiyədə iyunun 8-də keçirdiyi mətbuat konfransında bildirib.

M.Çöhrəqanlı mətbuat konfransında İranın gələcək vəziyyəti, Güneydəki milli azadlıq hərəkatı və Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulması məsələsinə də aydınlıq gətirib. GAMOH lideri həmçinin rəsmi Tehranın Ermənistanla münasibətlərini kəskin pisləyib. M.Çöhrəqanlı eyni zamanda İranın ali dini lideri Xamneyinin yanında çalışan, dövlət qurumlarında işləyən azərbaycanlılara da müraciət edib. Bildirib ki, onlar Güney Azərbaycanda baş verən hadisələrə dəstək verməlidirlər.

Xəbər lenti

Xəbər lenti