...

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana gəlir

Siyasət Materials 22 İyun 2006 16:12 (UTC +04:00)

İyunun 22-də ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt ikigünlük işgüzar səfərlə Gürcüstana gəlir. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstan XİN-dən məlumat verilib.

Səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze, baş nazir Zurab Noqaideli, xarici işlər naziri Gela Bejuaşvili, o cümlədən QHT nümayəndələri ilə görüşlər planlaşdırılıb.

İyunun 23-də ATƏT-in fəaliyyətdə olan sədri Sxinvali regionunda münaqişə zonasına baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti