...

Revaz Bulya: "Biz müxalifət partiyası kimi Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının tapdanmasına qarşı mübarizə aparırıq"

Siyasət Materials 23 İyun 2006 13:56 (UTC +04:00)

Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bizim heç bir problemimiz yoxdur. Trend xəbər verir ki, bu barədə "Cənubi Qafqazda sülhün bərqərar edilməsi və möhkəmləndirilməsi" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Gürcüstanın Ədalət Partiyasının siyasi məsələlər üzrə katibi Revaz Bulya bildirib.

R.Bulya onu da qeyd edib ki, onun təmsil olduğu partiyanın rəhbər strukturlarında azərbaycanlılar da var: "Biz müxalifət partiyası kimi Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının tapdanmasına qarşı da mübarizə aparırıq. Gürcüstan prezidenti və onun ətrafı ölkədə yaşayan xalqların taleyinə biganə yanaşır. Onların ölkəni tərk etmələri üçün şərait yaradırlar".

Ədalət Partiyasının rəsmisi Gürcüstanın MDB məkanında ən kasıb ölkə olduğunu da vurğulayıb. Bildirib ki, Gürcüstanın torpaqları burada yaşayan azsaylı xalqlara satılır, gürcülərin özləri isə digər ölkələrə üz tutublar: "Saakaşvili iqtidarı Gürcüstana yox, Sorosa xidmət edir. Kurort yerləri bağlanıb, iqtisadiyyatda inkişaf yoxdur və s."

Xəbər lenti

Xəbər lenti