...

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Azərbaycana gəlib

Siyasət Materials 29 İyun 2006 12:34 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Azərbaycana gəlib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök iyunun 29-da Azərbaycana gəlib. Trend in xəbər verdiyi kimi, H. Özkökün təyyarəsi yerli vaxtla saat 12:00-da Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında yerə enib.

Türkiyənin Bakıdakı səfirliyinin mətbuat xidmətindən bildirilib ki, o, Azərbaycana "Şöhrət" ordeni ilə təltif eldilməsi ilə əlaqədar səfər edir. Saat 14.00-a isə H.Özkökün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü təyin olunub.

Sonuncu dəfə H.Özkök Azərbaycana 2005-ci ilin oktyabrında səfər edib.

Xəbər lenti

Xəbər lenti