...

Piter Semnebi: AB ilə Azərbaycan arasında Avropa qonşuluq siyasəti proqramı üzrə danışıqlar payızda başa çatır

Siyasət Materials 21 İyul 2006 18:21 (UTC +04:00)

AB ilə Azərbaycan arasında Avropa qonşuluq siyasəti proqramı üzrə danışıqlar payızda başa çatır. Bu barədə, Trend agentliyinin "AzTV"yə istinadən yaydığı məlumata əsasən, AB-in Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi bəyan edib.

"Danışıqlar müvəffəqiyyətlə başa çatır. Demək olar ki, danışıqlar payıza qədər tam başa çatacaq" - deyə P.Semnebi vurğulayıb. Onun sözlərinə görə, AB ilə Azərbaycan arasında danışaqlar zamanı ciddi fikir ayrılığı olmayıb. Təbii ki, müəyyyən texniki məsələlər olub, lakin bunu ciddi qəbul etmək olmaz.

Diplomatın fikrincə, Avropa qonşuluq proqramı təşəbbüsü çərçivəsində Azərbaycanın qarşısında yeni imkanlar açılacaq, lakin Azərbaycanın bu imkanlardan necə yararlanacağı onun özündən asılıdır.

Xəbər lenti

Xəbər lenti