...

Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan və Gürcüstan komissiya başçılarının görüşü Bakıda keçiriləcək

Siyasət Materials 12 Oktyabr 2006 14:11 (UTC +04:00)

Trend-i buradan izləyin

2006-cı ilin noyabr ayında Bakıda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Gürcüstanın hökümətlərarası komissiya başçılarının görüşü keçiriləcək. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

O qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə gürcü işçi qrupu ilə görüşlər davam edir. Sərhədin bəzi əraziləri üzrə tədqiqatların keçirilməsi zəruridir. Nazir müavini vurğulayıb ki, danışıqlardan asılı olaraq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökümətlərarası komissiya başçılarının görüşünün dəqiq tarixi müəyyənləşdiriləcək.

X.Xələfov həmçinin əlavə edib ki, Ukrayna MDB ölkələrinin XİN başçılarının Minskdə görüşü zamanı sərhədlərin delimitasiyası üzrə məsələni pisləməyi təklif edib. Azərbaycan, öz növbəsində, bu təşəbbüsü dəstəkləyəcək, çünki o hesab edir ki, keçmiş SSRİ ölkələrinin sərhədlərinin delimitasiyası mümkün qədər tez başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti