...

Nazir: "İşğal olunmuş ərazilərdə Azərbaycan tarixi və mədəni abidələrinin monitorinqi 2007-ci ilin yayına qədər baş tutacaq"

Siyasət Materials 8 Dekabr 2006 13:19 (UTC +04:00)
Nazir: "İşğal olunmuş ərazilərdə Azərbaycan tarixi və mədəni abidələrinin monitorinqi  2007-ci ilin yayına qədər baş tutacaq"

İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi və mədəni abidələrinin monitorinqi üzrə Avropa Şurasının tədqiqat missiyasının səfəri 2007-ci ilin yayına qədər baş tutacaq. Trend məlumat verir ki, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülvəz Qarayev dekabrın 8-də mətbuat konfransında bildirib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhlükəsizlik və Xarici İşlər nazirlikləri Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi və mədəni abidələrinin məhv edilməsi faktı ilə bağlı bütün sənədləri hazırlayaraq AŞ-nın tədqiqat missiyasına təqdim edib.

Nazir qeyd edib: "Biz missiyanın eyni vaxtda həm Ermənistana, həm Azərbaycana, həm də işğal olunmuş ərazilərə səfərini təşkil etməyə çalışırıq".

Missiyanın səfəri sentyabrın əvvəllərinə planlaşdırılmışdı, lakin bu günə qədər hələ baş tutmayıb. Nazirlik isə işğal olunmuş ərazilərdə qalmış tarixi və mədəni abidələrin vəziyyəti ilə bağlı tədqiqatları davam etdirir.

Xəbər lenti

Xəbər lenti