...

Deputat Fazil Qəzənfəroğlu: "Türkmənistanda hadisələrin necə cərəyan edəcəyi məlum deyil"

Siyasət Materials 22 Dekabr 2006 13:36 (UTC +04:00)

Türkmənistan prezidenti Saparmurat Niyazovun ölümü ölkədə ciddi mənfi proseslərlə nəticələnə bilər. Bu sözləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib.

Onun fikrincə, S.Niyazovun Türkmənistanda yaratdığı totalitar rejim, siyasi prosesləri və bütövlükdə ölkədə baş verən hadisələri bir şəxsdən asılı edib: "Bu gün isə həmin şəxs həyatda yoxdur. Ona görə də proseslərin necə cəryan edəcəyi tam aydın deyil", - deyə F.Qəzənfəroğlu qeyd edib.

S.Niyazovun ölümünün Azərbaycan-Türkmənistan münasibətlərinə necə təsir edəcəyinə gəlincə F.Gəzənfəroğlu vurğulayıb ki, bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir: "Amma güman etmək olar ki, S.Niyazovun yerini tutacaq şəxs Türkmənbaşının dövründə həyata keçirilən aqressiv xarici siyasət kursunu qismən yumşaldacaq və Azərbaycan-Türkmənistan münasibətləri normal axara düşəcək".

Xəbər lenti

Xəbər lenti