...

Deputat Tahir Rzayev Kölndə keçirilən konfransda iştirak edir

Siyasət Materials 29 Yanvar 2007 15:05 (UTC +04:00)

Yanvarın 22-də Kölndə Almaniyanın yerli idarəetmə strukturları ilə tanışlıq məqsədi daşıyan regional konfrans öz işinə başlayıb. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, deputat Tahir Rzayev iştirak edir.

Azərbaycan və Gürcüstan nümayəndələri üçün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunmuş bu tədbirdə regional infrastrukturun inkişafı, bu sahədə qanunvericilik, regionlarda həyata keçirilən iqtisadi və strateji siyasət, torpaqlardan istifadənin planlaşdırılması və digər mövzular müzakirə olunur.

Tədbir iştirakçıları səfər çərçivəsində Almaniyanın bir neçə şəhərində olacaq, dövlət strukturlarının və yerli idarəetmə orqanlarının rəhbərləri ilə fikir mübadiləsi aparılır.

Səfər fevralın 2-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti