...

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri İslam Konfransı Təşkilatının baş katibliyinə etimadnaməsini təqdim edib

Siyasət Materials 5 Fevral 2007 17:54 (UTC +04:00)

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev İslam Konfransı Təşkilatının (İKT) baş katibliyinə etimadnaməsini təqdim edib. Bu barədə Trend ə İKT-nin mənzil qərargahından məlumat verilib.

İKT baş katibi Əkmələddin Ehsanoğlunun adından sənədi qəbul edən katibin siyasi məsələlər üzrə köməkçisi, səfir Ezzat Kamel Mufti səfiri Azərbaycanın İKT-də daimi nümayəndəliyi təyin olunması münasibətilə təbrik edərək daha sıx əməkdaşlığa ümidvar olduğunu bildirib.

Onlar həmçinin birgə islam aksiyalarında həmrəyiliyə nail olmağın yolları barədə olan cari məsələləri müzakirə edib

Xəbər lenti

Xəbər lenti