...

Azərbaycan prezidenti Almaniyada keçirilən biznes-forumda iştirak edir

Siyasət Materials 16 Fevral 2007 12:42 (UTC +04:00)

"ANS" telekanalına istinadən Trend xəbər verir ki, Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin hazırkı səviyyəsi Azərbaycan prezidenti İlham Əliyevin Almaniyanın iqtisadiyyat və texnologiyalar naziri Mixail Qlazdorla görüşü zamanı müzakirə edilib.

Hazırda Almaniyada Azərbaycan prezidentinin də iştirak etdiyi biznes-forum işə başlayıb. Tədbirdə Almaniyanın təxminən 150 iri və orta şirkət nümayəndələri iştirak edir. Azərbaycan tərəfi təxminən 30 şirkətlə təmsil olunub.

Biznes-forum bitdikdən sonra prezident İlham Əliyev vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti