...

Milli Məclisdə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dinləmələr keçiriləcək

Siyasət Materials 16 Fevral 2007 13:03 (UTC +04:00)

Fevralın 26-da Xocalı faciyəsinin 15-ci ildönümü ilə bağlı xüsusi dinləmələr keçiriləcək. Trend in məlumatına görə, bu barədə parlamentin fevralın 16-da keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

O.Əsədov qeyd edib ki, fevralın 27-də Milli Məclisin iclasında Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı bəyanat qəbul olunacaq. Həmin bəyanat beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə göndəriləcək.

Milli Məclisdə qəbul ediləcək bəyanatın mətnini hazırlamaq üçün parlament sədrinin müavini Bahar Muradova, deputatlar Elman Məmmədov, Həvva Məmmədova, Azay Quliyev, İltizam Əkbərli və Aqil Abbasdan ibarət komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti