...

Bu gün ATƏT Parlament Assambleyasının qış sessiyası başlayır

Siyasət Materials 22 Fevral 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu gün Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. Sessiya fevralın 23-dək davam edəcək.

İclasda ATƏT regionunda enerji təhlükəsizliyi, təşkilatın öhdəliklərinə və Brüssel Bəy ə nnaməsinə əməl edilməsi, Kütləvi İnformasiya Vasitələrinin azadlığı, iqtisadi və ətraf mühit məsələləri müzakirə olunacaq.

Sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Fəttah Heydərov və Fazil Mustafayev daxildirlər.

Xəbər lenti

Xəbər lenti