...

Nazir müavini: ADDY-nin təklif olunan yeni tarif siyasəti yükləri cəlb etməlidir

Siyasət Materials 23 Fevral 2007 16:32 (UTC +04:00)
Nazir müavini: ADDY-nin təklif olunan yeni tarif siyasəti yükləri cəlb etməlidir

Azərbaycan, Bakı / Trend müxbir İ.Xalilova / Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) beynəlxalq istiqamətlərdə yük daşınmalarının tariflərini artırmağı planlaşdırır. Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun cümə günü verdiyi xəbərə görə, tariflərin artırılması üzrə təkliflər artıq baxılmaq üçün Azərbaycanın Tarif (qiymət) Şurasına təqdim olunub.

Onun sözlərinə görə, Şura ADDY-nin iqtisadi nöqteyi-nəzərdən əsaslandırılmış təkliflərini nəzərdən keçirir.

"Tariflərin yüksəldilməsi zərurəti Azərbaycanın daxili bazarında enerji daşıyıcılarının qiymətinin qalxması (yanvarda) ilə bağlı yaranıb", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, tariflər üzrə elə variant qəbul etmək lazımdır ki, bu, yük daşınmalarının həcminin azalmasına səbəb olmasın.

"Nəqliyyat dəhlizlərində daim rəqabət aparılır, ona görə də yükləri itirməmək üçün elə tariflər qəbul etmək lazımdır ki, onlar, əksinə, yeni yükləri cəlb etməyə imkan versin", - deyə M.Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti