...

Səfir: Polşa prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Mart 2007 12:32 (UTC +04:00)
Səfir: Polşa prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana səfəri martın sonuna təyin olunub. Bu barədə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Polşa XİN rəhbərinin Bakıya səfəri çərçivəsində əsas mövzulardan biri prezidentin səfərinə hazırlıqla bağlı olacaq. Səfirin sözlərinə görə, Polşa XİN rəhbəri Anna Fotıqanın səfəri iki dövlətin əməkdaşlıq inkişafı və mövqelərinin yaxınlaşması üzrə ikitərəfli dialoqun davam etdirilməsi məqsədini daşıyır.

"Polşa Avropa Birliyinin fəal üzvüdür, Azərbaycan isə bu struktur ilə yeni qonşuluq Proqramı çərçivsində əməkdaşlıq edir", deyə V.Quliyev qeyd edib. Səfir hesab edir ki, Azərbaycan və Polşanın Avropa strukturuna inteqrasiyaysı məsələsindəki əməkdaşlığı çox faydalı ola bilər.

Diplomat həmçinin qeyd edib ki, rəsmi Varşava Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv təsəvvürə malikdir, həmçinin Ermənistanın bu məsələdə destruktiv rolunu da kifayət qədər aydın görür.

Xəbər lenti

Xəbər lenti