...

"Azadlıq" bloku Avropa Şurası və ATƏT-ə müraciət edib

Siyasət Materials 2 Mart 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/ Vətəndaş və İnkişaf Partiyasının (VİP) qeydiyyat problemi ilə bağlı "Azadlıq" blokunun təsisçiləri bu gün Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene Van Der Linden, qurumun Azərbaycan üzrə həmməruzəçilərinə müraciət edib. Bu barədə "Azadlıq" blokunun həmsədri, VİP sədri Əli Əliyev məlumat verib. Ə.Əliyev bildirib ki, müraciətdə VİP-in qeydiyyata alınması üçün Avropa Şurasının Azərbaycana təsir rıçaqlarından istifadə olunması xahiş edilib. Eyni mövzuda müraciət ABŞ-ın Azərbaycandakı səfirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna da göndərilib.

Xəbər lenti

Xəbər lenti