...

İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsiAzərbaycana gələcək

Siyasət Materials 19 Mart 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İsrail Xarici İşlər Nazirliyi baş direktorunun siyasi məsələlər üzrə birinci müavini Yossi Qal martın 25-27-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə İsrailin Azərbaycandakı səfirilyindən məlumat verilib.

İsrailli diplomat Azərbaycan Respublikası Prezident Aparatı, Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək. Səngəçal terminalına səfər edəcək Yossi Qal həmçinin yerli yəhudi icmasının nümayəndələri ilə də görüşəcək. Səfərin yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Azərbaycana rəsmi səfərini başa vurduqdan sonra cənab Yossi Qal Özbəkistana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti