...

Nazir:Azərbaycan beynəlxalq terrorizm və narkotrafiklə mübarizə məsələlərində fəal əməkdaşlığa hazırdır

Siyasət Materials 29 Mart 2007 15:03 (UTC +04:00)
Nazir:Azərbaycan beynəlxalq terrorizm və narkotrafiklə mübarizə məsələlərində fəal əməkdaşlığa hazırdır

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Azərbaycan narkotranzitə qarşı mübarizə çərçivəsində əməkdaşlıq üçün açıqdır. Trend in xüsusi müxbirinin məlumatına əsasən, bu barədə bu gün Tiflisdə beynəlxalq terrorizm, narkotranzit və trefikinqə qarşı mübarizə məsələlərinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın daxili işlər naziri Ramil Usubov bəyan edib.

Konfransın işində NATO, BMT, BMT İnkişaf Proqramı, Avropa Birliyi, Marşalın Avropa Mərkəzi və başqa bu kimi beynəlxalq təşkilatları təmsil edən 15 ölkə nümayəndələri iştirak edir.

Usubov vurğulayıb ki, ölkədə narkotranzit və narkomaniyaya qarşı mübarizə məqsədilə İlham Əliyevin sərəncamı ilə dövlət komissiyası yaradılıb. "Narkotrafik və beynəlxalq terrorizmə qarşı mübarizə daimi problemdir və buna görə də dəqiq analiz və birgə mübarizənin koordinasiyası üzrə daimi iş tələb edir", - deyə o bildirib.

Azərbaycan DİN rəhbəri qeyd edib ki, ölkəsi bütün ölkələrlə, ilk növbədə region dövlətləri ilə əməkdaşlığa və koordinasiyaya hazırdır. "Ümid edirəm ki, bu konfransda irəli sürülən məsləhətlər bizim narkotrafik və beynəlxalq terrorizmə qarşı birgə mübarizəmizə kömək edəcək", - deyə Usubov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti