...

Azərbaycan və İordaniya arasında memorandum imzalanacaq

Siyasət Materials 6 Aprel 2007 16:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Yaxın Şərq ölkələrinə qarşıdan gələn rəsmi səfəri zamanı ikitərəfli əməkdaşlıq üzrə yalnız bir sənədin imzalanması gözlənilir. Cümə günü Əmmandan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslının verdiyi məlumata görə, 8-11 aprel tarixində İordaniya ilə danışıqların yekununa əsasən iki ölkənin xarici siyasət nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması planlaşdırılır.

İordaniyada Azərbaycan XİN rəhbəri həmkarı, baş nazir və Əmmanın meri ilə görüşəcək. Azərbaycan XİN rəhbərinin aprelin 12-də İordaniyadan Suriyaya yola düşəcək və burada ölkənin xarici işlər naziri və vitse-prezidenti ilə görüşəcək. Livanda isə Məmmədyarov ölkənin prezidenti, parlament rəhbəri və baş naziri ilə görüşəcək, deyə səfir məlumat verib.

Xəbər lenti

Xəbər lenti