...

Azərbaycan XİN rəhbəri Vyetnama dəvət olunub

Siyasət Materials 11 Aprel 2007 12:39 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Vyetnama dəvət olunub

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama rəsmi səfərə dəvət alıb. Dəvət məktubu Vyetnam XİN nümayəndə heyətinin Azərbaycana səfəri zamanı təqdim olunub. Bu barədə bu gün Azərbaycanın Çin və Vyetnamdakı səfiri Yaşar Əliyev məlumat verib. Onun sözlərinə görə, Vyetnam Xarici İşlər Nazirliyinin nümayəndə heyətini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qəbul edib.

Görüşdə tərəflər xarici siyasətlə bağlı müxtəlif məsələləri müzakirə ediblər, habelə ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər. Müzakirələr zamanı həmçinin qarşılıqlı səfərlərin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Y.Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu, Vyetnam XİN nümayəndə heyətinin Bakıya ilk səfəridir. Əlavə edək ki, səfər proqramına əsasən qonaqlar həmçinin Azərbaycanın Neft Akademiyasına baş çəkəcəklər, buradakı təhsil sistemi ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti