...

Azərbaycanlı politoloqlar əmindir ki, Türkiyədə hakimiyyət və müxalifət arasındakı ziddiyyətlər konstitusiya çərçivəsində həll olunacaq

Siyasət Materials 4 May 2007 17:08 (UTC +04:00)
Azərbaycanlı politoloqlar əmindir ki, Türkiyədə hakimiyyət və müxalifət arasındakı ziddiyyətlər konstitusiya çərçivəsində həll olunacaq

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Türkiyə rəhbərliyinin ünvanına onun bu illər ərzində Türkiyəni islam dövləti istiqamətinə aparması barədə ittihamların səsləndirilməsi ədalətsizlikdir. Azərbaycanlı politoloq Vəfa Quluzadə belə hesab edir. Onun fikrincə, bu, yalnız hakimiyyət uğrunda mübarizədir. Türkiyədəki müxalifət hakim Ədalət və İnkişaf Partiyasının güclənməsini istəmir, -deyə o qeyd edib. "İnanmıram ki, Türkiyədə əsil islam dövlətinə qarşı çıxmaq təhlükəsi olsun", - deyə politoloq vurğulayıb.

"Türkiyə və onun hazırkı rəhbərliyi konstitusiyaya sadiqdir, buna görə də buna ölkədəki hakimiyyət uğrunda mübarizə kimi baxıram, bu isə normaldır", - deyə Quluzadə bəyan edib. O, həmçinin müxalifət və hakimiyyət arasında olan ziddiyyətlərin konstitusiya çərçivəsində həll olunacağına ümidvar olduğunu bildirib.

Eyni fikri həmçinin politoloq Rasim Musabəyov da bölüşür. O hesab edir ki, hakimiyyət və müxalifət arasında olan ziddiyyətlər konstitusiya çərçivəsində həll olunacaq və hadisələr nə hərbi çevlişə, nə də vətəndaş qarşıdurmasına gətirib çıxarmayacaq.

Xəbər lenti

Xəbər lenti