...

Azərbaycan prezidentinin Polşaya səfəri çərçivəsində əsas müzakirə mövzusu energetika məsələləri olacaq

Siyasət Materials 9 May 2007 12:45 (UTC +04:00)
Azərbaycan prezidentinin Polşaya səfəri çərçivəsində əsas müzakirə mövzusu energetika məsələləri olacaq

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri çərçivəsində əsas müzakirə mövzusu energetika məsələləri olacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O qeyd edib ki, danışıqlarda həmçinin Gürcüstan, Ukrayna, Litva rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Daha öncə Polşa prezidenti Lex Kaçinskinin Bakıya səfəri zamanı mayın 11-12-də Krakovda Azərbaycan prezidentinin də dəvət olunduğu energetika sammitinin keçiriləcəyi bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti