...

Azərbaycanda 100-dən artıq deputata köməkçi təyin olunub

Siyasət Materials 17 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin 100-dən artıq deputatına köməkçi təyin olunub. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Milli Məclis rəhbərliyi və ayrı-ayrı struktular bu prosesə müdaxilə etməyiblər. Köməkçiləri deputatlar özləri seçiblər və Milli Məclisin müvafiq strukturu onları təsdiq edib. Yalnız sənədləri müvafiq tələblərə cavab verməyən şəxslərin köməkçi təyin olunmasından imtina edilib.

İlk dəfədir ki, Azərbaycanda deputatlara köməkçi təyin olunur. Deputatlara köməkçi təyin olunması qaydaları Milli Məclis rəhbərliyi tərəfindən təsdiq olunub. Bu qaydalara görə hər bir deputataın köməkçisi millət vəkilinin seçildiyi seçki dairəsinin ərazisində daimi qeydiyyatda olmalı və orada yaşamalı, deputatın yaxın qohumu olmamalı, ali təhsili olmalıdır. Deputat köməkçiləri dövlət qulluqçuları sayılırlar.

Xəbər lenti

Xəbər lenti