...

Nazir Sergey Lavrov: Rusiya və Azərbaycan İranın nüvə proqramı ətrafındakı məsələnin siyasiləşdirilməsinin əleyhinədir

Siyasət Materials 21 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Rusiya maraqlıdır ki, İran ətrafındakı məsələ siyasiləşdirilməsin və təzyiqlərlə yox, yaranmış hər bir məsələ rəsmi Tehranla dialoq yolu ilə həll olunsun. Bunu bazar ertəsi Bakıda Azərbayacanlı həmkarı Elmar Məmmədyarovla keçirilən görüşündən sonra brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri söyləyib ki, Azərbaycan XİN rəhbəri ilə görüşdə bu mövzuda müzakirə aparılıb: "İran Azərbaycan və Rusiyanın qonşusudur. Tehranı təcrid etmək üçün istənilən cəhd və hər hansı bir məqsədə çatmaq üçün İranın nüvə proqramı ətrafındakı məsələdən istifadəni son dərəcə səmərəsiz və uzaqgörən olmayan addım hesab edirik".

Onun sözlərinə görə, Rusiya və Azərbaycan Xəzərin statusunun müəyyən olunması üzrə qarşılıqlı əlaqələr çərçivəsində İranla əməkdaşlıq edir. "Xəzərin statusunun müəyyənləşməsi üzrə sənədlər paketi hazırlanır. Bu, sadə məsələ deyil, ona görə ki, Xəzərsahili bütün dövlətlərin iqtisadi maraqlarına toxunur. Amma mən əminəm ki, əməkdaşlıq əsasında kompromis axtarmaq lazımdır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti